Elmira Süleymanova jurnalist Fuad Abbasovla bağlı rusiyalı həmkarına müraciət edib
18-06-2019, 19:13
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Rusiyada həbs olunan azərbaycanlı jurnalist Fuad Abbasovun məsələsi ilə bağlı rusiyalı həmkarı Tatyana Moskalkovaya məktub ünvanlayıb.
"Report"un əldə etdiyi məlumata görə, E.Süleymanova məktubunda F.Abbasovla bağlı məsələnin və onun saxlanma şəraitinin nəzarətdə saxlanılmasını xahiş edib.