ABŞ Türkiyəyə qarşı sanksiyaların bütün variantlarını araşdırır

13-09-2019, 07:21           
ABŞ Türkiyəyə qarşı sanksiyaların bütün variantlarını araşdırır
ABŞ rəhbərliyi, Rusiyadan "S-400" zenit-raket sistemləri (ZRS) aldığına görə Türkiyəyə qarşı tətbiq oluna biləcək mümkün sanksiyaların bütün variantlarını nəzərdən keçirir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı bir qrup jurnalistlə görüşündə ABŞ Dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Klark Kuper deyib.

O, ABŞ-ın bu mövzuda qərarının nə vaxt gözlənildiyini açıqlamayıb. Kuperin sözlərinə görə, ABŞ hakimiyyəti Türkiyəyə qarşı məhdudiyyətlərin tətbiq edilməsi üçün heç bir müddət təyin etməyib.

"Bütün bunlar təqvimə deyil, müəyyən şərtlərə əsaslanır. Amerika qanunvericiliyi ilə sanksiyalarla əlaqədar müəyyən edilmiş cədvəl yoxdur. Lakin, əlbəttə ki, cavab tədbirləri (Türkiyənin Rusiyadan S-400 almasına) reaksiya baxımından bütün fəaliyyət variantları nəzərdən keçirilir", - deyə ABŞ xarici siyasət idarəsi rəsmisi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru