Putin və Ruhani Yerevanda Hərtərəfli Birgə Fəaliyyət Planını müzakirə edib

2-10-2019, 04:49           
Putin və Ruhani Yerevanda Hərtərəfli Birgə Fəaliyyət Planını müzakirə edib
Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani İrəvanda keçirilən EAEU sammiti çərçivəsində Fars Körfəzi ətrafındakı vəziyyəti və İranın nüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planını müzakirə edib.

APA “Interfax”a istinadən xəbər verir ki, bu barədə ictimaiyyətə İran administrasiyası tərəfindən məlumat verilib.

Ruhani hesab edir ki, Fars və Oman körfəzlərində, eləcə də Hörmüz boğazında sülh və təhlükəsizlik yalnız bölgə ölkələrinin iştirakı ilə təmin edilə bilər. O, planın beynəlxalq məsələlərin həlli üçün təsirli bir model olduğunu bildirib və qeyd edib ki, Tehran bütün iştirakçılardan öz öhdəliklərini yerinə yetirmələrini gözləyir.

Hərtərəfli Birgə Fəaliyyət Planını dəstəklədiyini Rusiya prezidenti rəsmi Moskvanın bu müqavilənin hər bir tərəfdaşının öz öhdəliklərini tam şəkildə yerinə yetirmələri üçün bütün səylərini əsirgəməyəcəyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru