Yuliya Yuzikin vizasında problem var –İran

8-10-2019, 00:02           
Yuliya Yuzikin vizasında problem var –İran
İran hökumətinin sözçüsü bazar ertəsi deyib ki, keçən həftə Tehranda həbs olunan Rusiya jurnalisti vizasında problem olduğu üçün nəzarət altına alınıb.

Rusiya mətbuatı 38 yaşlı Yulia Yuzikin İranda həbsi ilə bağlı məlumatı onun keçmiş həyat yoldaşı, jurnalist Boris Voitsexovskiyə istinadən yayımlamışdı.

Rusiyanın Tehrandakı səfirliyinin sözçüsü İranın Yuliya Yuzikə qarşı İsrailə casusluq ittihamı irəli sürüldüyünü bildirsə də, İran hökumətinin sözçüsü Əli Rəbieyi jurnalistin casusluq ittihamı ilə həbs edildiyini inkar edib.

“Bildiyimə görə, bu məhkəmə işinin casusluqla əlaqəsi yoxdur. Bu, həmin xanımın vizası və digər qanun pozuntuları məsələsidir” – deyə, Əli Rəbieyi Tehranda keçirilən mətbuat konfarsında bildirib.

Yuliya Yuzikin həbsi barədə məlumat almaq və hüquqlarının qorunmasına riayət edilməsi ilə bağlı müzakirələr aparmaq üçün İranın Moskvadakı səfiri Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Yuzik ötən çərşənbə günü qaldığı mehmanxanada həbs edilib. (amerikaninsesi.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru