Əli İnsanov "Müsavat"a gəldi

5-11-2019, 19:51           
Əli İnsanov "Müsavat"a gəldi
Müsavat Partiyasının qərargahında siyasi partiya liderlərinin və siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirilir.

Teref.az musavat.com-a istinadən xəbər verir ki, Müsavat Partiyası başqanı Arif Hacılının təşəbbüsü ilə baş tutan tədbirin mediaya açıq olan hissəsində iştirakçılar media üçün tədbirlə bağlı məlumat veriblər.

Giriş sözü ilə çıxış edən Arif Hacılı bildirib ki, bu tədbirdə Azərbaycanda mövcud ictimai-siyasi durum və bu vəziyyətdən çıxış yolları müzakirə olunacaq. O, tədbirin mediaya açıq olan hissəsində əlifba sırasına uyğun olaraq Dəyirmi Masa iştirakçılarının çıxış edəcəyini deyib.

Tədbirdə Müsavat partiyası başqanı, habelə sabiq səhiyyə naziri Əli İnsanov, eks Müsavat başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, AXCP sədri Əli Kərimli, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, politoloq Hikmət Hacızadə iştirak edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru