Əli İnsanovun tərəfdarları seçkiyə getməkdən İMTİNA ETDİLƏR

22-12-2019, 11:34           
Əli İnsanovun tərəfdarları seçkiyə getməkdən İMTİNA ETDİLƏR
Sabiq səhiyyə naziri Əli İnsanovun yaratdığı Haqq Ədalət Partiyasının (HƏM) Təşkilat Komitəsi bu gün növbəti iclasını keçirib.

Əli İnsanov sosial şəbəkədə bildirib ki, iclasda 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak məsələsini müzakirə ediblər.
Müzakirələrin yekununda qərara alınıb ki, HƏP bu seçkilərdə iştirakı məqbul saymır.

“Bununla belə, Haqq Ədələt Partiyası seçkilərdə iştirak etmək qərarını qəbul etmiş müxalif siyasi partiyaların konstitusion hüquqlarına və qərarlarına hörmətlə yanaşır, onlara siyası mübarizələrində uğurlar arzulayır”,- Ə.İnsanov deyib.

Eks-nazir onu da bildirib ki, Təşkilat Komitəsinin bütün üzvləri öz çıxışlarında Haqq Ədalət Partiyasının ölkədə hər hansı bir gərginliyin yaradılmasının və qarşıdurmanın qəti əleyhinə olduqlarını bildiriblər.(modern.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru