Bərdədə seçki boykotu: icra başçısı yerləri satıb

23-12-2019, 11:36           
Bərdədə seçki boykotu: icra başçısı yerləri satıb
Bələdiyyə seçkiləri keçirilən gün Bərdə rayonunda məzarlıq sükutu hökm sürür. Anaxeber.info-ya rayondan verilən məlumata görə, hazırda Bərdədə seçki məntəqələrində hamı mürgüləyir. Buna səbəb səsverməyə böyük çoxluğun getməməsidir. Seçicilər bələdiyyə sədrlərinin və üzvlərinin artıq bir gün qabaqdan Bərdənin icra başçısı Vidadi İsayev tərəfindən təyin olunduğunu söyləyirlər. İddialara görə, icra başçısı bələdiyyə yerlərini satıb və seçkini çoxdan qurtarıb. Əldə etdiyimiz xəbərdə bildirilir ki, müəllimlər, həkimlər, büdcə təşkilatlarının işçiləri məcburi qaydada seçkiyə cəlb olunub, səs verməyə aparılıb. V.İsayev inzibati resurslardan istifadə edərək seçici aktivliyi olduğu görüntüsü yaratmağa çalışır.




Hazırda Bərdənin 3 saylı seçki məntəqəsində ins-cins yoxdur. Yayılan kadrlardan görünür ki, faktiki olaraq, səsverməyə gələn yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru