İqbal Ağazadə, Rauf Arifoğlu mübahisəsinə Araz Əlizadədə qatıldı - " Seçkilərə qatılacam”.

23-12-2019, 17:43           
İqbal Ağazadə, Rauf Arifoğlu mübahisəsinə Araz Əlizadədə qatıldı - " Seçkilərə qatılacam”.
“Müalicəm davam edir. Həyat da mübarizədir. Hər şey qaydasındadır”.

Bu fikirləri Modern.az-a V çağırış Milli Məclisin deputatı olan Araz Əlizadə səhhəti barədə danışarkən deyib.

Araz Əlizadə növbədənkənar parlament seçkilərinə qatılacağından da söz açıb:

“Səhhətim növbədənkənar parlament seçkilərinə qatılmağa imkan verir. Mənə nə olub ki?!. Siz özünüz də jurnalistsiz. Jurnalistlərin yazdıqlarına inanırsız?! Seçkilərə qatılacam”.

O, V çağırış Milli Məclisin deputatı hansı dairədən növbədənkənar parlament seçkilərinə qatılması barədə suala cavab verməyib.

Bir neçə gün bundan öncə Araz Əlizadə böyrək çatışmazlığından “Caspian International Hospital”a yerləşdirilib.

Qeyd edək ki, Araz Əlizadə həm də Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədridir.

Əldə etdiyimiz məlumata görə A.Əlizadə hazırda deputat olduğu 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyini irəli sürəcək. Bu dairədən deputat mandatına Ümid partiyasının sədri İqbal Ağazadə və Yeni Müsavat Media Qrupun rəhbəri Rauf Arifoğlu da iddialıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru