Paşinyanın “Təhlükəsizlik şuralarının” cavabı veriləcək?

23-12-2019, 20:32           
Paşinyanın “Təhlükəsizlik şuralarının” cavabı veriləcək?
Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır” açıqlamasıyla kifayətlənmək fikirində deyil. Bu gün Paşinyan İrəvanda Ermənistanla Dağlıq Qarabağ separatçılarının “təhlükəsizlik şuralarının” birgə iclasını keçirib. Toplantıda separatçıların “prezidenti” Bako Saakyan da iştirak edib. Bu Paşinyan hakimiyyətə gəldiyi vaxtdan İrəvanın separatçılarla birgə keçirdiyi ikinci oxşar tədbirdir. “Təhlükəsizlik şuralarının” birinci toplantısı bu ilin martında olmuşdu. “Təhlükəsizlik şuralarının” birgə toplantısı o deməkdir ki, artıq İrəvanın Dağlıq Qarabağı zəbt ediyini və Ermənistan ordusunun işğal altındakı torpaqlarda yerləşdirdiyini gizlətmir. Məsələn Robert Köçəryanın və Serj Sərkisyanın prezidentlikləri dövründə birgə toplantılar keçirilmirdi. Azərbaycan XİN-dən açıqlama gözləyirik...
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru