Mahatma Qandinin nəvəsi hindistanlıları müsəlmanların kütləvi müdafiəsinə çağırdı...
24-12-2019, 00:02

Dünyaca məşhur ədalət mübarizi Mahatma Qandinin nəvəsi son günlər Hindistanda anti-müsəlman immiqrasiya qanununa qarşı edilən etiraz aksiyalarını qətiyyətlə dəstəkləyib.
Bunu "The Guardian"i nəşri yayıb.
Tuşar Arun Qandinin çıxışı dini ayrı-seçkiliklə razılaşmayanlara güc və ruh yüksəkliyi verib. Son 10 gündə ölkənin müxtəlif yerlərində kütləvi etiraz aksiyalarının yatırılması zamanı Hindistanda minlərlə insan həbs olunub, ən azı, 23 nəfər öldürülüb.
Mahatma Qandinin nəvəsi Hindistanda dinin bir insanın vətəndaşlıq vəziyyətini təyin etməsi qaydası ləğv olunana qədər küçələrə çıxmağa və tərəfdarlarını geri çəkməməyə davam edəcəyini söyləyib.
"Biz etiraz aksiyalarının dinamikasını dəstəkləyəcəyik, əgər bu hökuməti diz üstə çökdürmək lazımdırsa, etirazların intensivliyini artıracağıq"- deyib T.Qandi.
Ötən həftə təxminən 25 min etirazçı Haryan ştatının Mevat şəhərində toplaşaraq Mahatma Qandinin 72 il əvvəl müsəlmanların yaşayış yerlərini ziyarət edərək səyahət etdiyi və müstəqil Hindistanda layiqli bir həyat vəd etdiyi tarixi 5 millik yolu qət edib.
Bundan öncə hindistanlı yazıçı Harş Mander həmvətənlərini ədalətsiz qanunlara qarşı dinc müqavimət göstərən Mahatma Qandidən nümunə götürərərək kütləvi şəkildə vətəndaş itaətsizliyi aktlarını həyata keçirməyə - müsəlman kimi qeydiyyata düşməyə və yeni immiqrasiya qanununa uyğun olaraq müsəlmanlar kimi özlərinin də deportasiyalarını tələb etməyə çağırıb.