YAP namizədlərinin adlarını yaxın günlərdə açıqlayacaq - AÇIQLAMA

25-12-2019, 17:13           
YAP namizədlərinin adlarını yaxın günlərdə açıqlayacaq - AÇIQLAMA
YAP namizədlərinin adlarını yaxın günlərdə açıqlayacaq
Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkiləri ilə bağlı siyahısı müzakirə edilir. Yaxın günlərdə bununla bağlı ictimaiyyətə açıqlama veriləcək.

Bunu virtualaz.org-a YAP-ın mətbuat katibi Hüseyn Paşayev deyib.

Qeyd edək ki, bir sıra saytlarda hakim partiyanın namizədlərinin adlarını bu gün açıqlayacağı ilə bağlı məlumatlar yer alıb. H.Paşayevin sözlərinə görə, partiyadan mətbuata siyahı ilə bağlı açıqlama verilməyib. “Siyahı müzakirə edilir, yaxın günlərdə məlumat verəcəyik”,-mətbuat katibi əlavə edib.
Virtualaz.org

* * *12:21

Yeni Azərbaycan Partiyasının parlament seçkiləri ilə bağlı siyahısı hazırdır.

“Qafqazinfo”nun məlumatına görə, hakim partiya namizədlərinin adlarını bu gün açıqlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru