Əlizadə "sindromu" bitdi - İqbal Ağazadə ilə Rauf Arifoğlunun potensial rəqibi geri çəkildi

31-12-2019, 09:37           
Əlizadə "sindromu" bitdi - İqbal Ağazadə ilə Rauf Arifoğlunun potensial rəqibi geri çəkildi
Parlament seçkilərinin bir neçə deputatlığa iddialının eyni dairədən namizədliyini irəli sürməsi səbəbindən gərgin və maraqlı keçəcəyi məlumdur.

Belə ki, 35 saylı III Xətai seçki dairəsində də belə olacağı çübhəsizdir. İndiyədək Ümid Partiyasının sədri İqbal Ağazadə və “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bu dairədən namizədliklərini irəli sürüblər.

Bundan əvvəlki seçkilərdə isə həmin dairədən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deputat mandatı qazanmışdı. Bir müddət əvvəl xəstələndiyindən onun yenidən namizədliyini irəli sürüb-sürməyəcəyi məlum deyildi.

Keçmiş deputat bununla bağlı Lent.az -a açıqlama verib. O, növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini bildirib: “Seçkilərə qatılmayacağam, çünki səhhətimlə bağlı yaranan problem buna imkan vermir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.