Tramp prezident seçkilərində gələcək rəqibini "qısaboy" adlandırıb

3-02-2020, 08:34           
Tramp prezident seçkilərində gələcək rəqibini "qısaboy" adlandırıb
ABŞ Prezidenti Donald Tramp növbəti prezident seçkilərində namizədliyini irəli sürmək istəyən Nyu-Yorkun keçmiş meri və iş adamı Maykl Blumberqin “çox qısaboy” adam olduğunu deyib.

APA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Amerikalı liderin sözlərinə görə, Blumberq qarşılıqlı debat zamanı ayaqlarının altına qoyması üçün qutuya ehtiyac duyur.

“Hər şey normaldır. Bunda səhv bir şey yoxdur. Siz də qısa ola bilərsiniz”, - Tramp belə deyib.

Tramp, həmçinin 2020-ci ildə keçiriləcək prezident seçkilərində Blumberqlə böyük məmnuniyyətlə rəqabət aparmaq istədiyini də əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru