"MSK Fərəc Quliyevin namizədliyini ləğv etməlidir" - Mehman Hüseynov

3-02-2020, 19:26           
 "MSK Fərəc Quliyevin namizədliyini ləğv etməlidir" - Mehman Hüseynov
"Biz bu gün səhər saatlarında deputatlığa namizəd Fərəc Quliyevin səs yazısı ilə əlaqədar MSK-ya, Baş Prokurorluğa və Ombudsman Aparatına müraciət etdik".

Bu barədə haqqin.az-a 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov məlumat verib.

Xatırladaq ki, bundan əvvəl Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov jurnalistlərə açıqlamasında qalmaqallı səs yazısı ilə bağlı onlara müraciət olunmadığını bildirib.

Mehman Hüseynov hesab edir ki, MSK ona rüşvət verməyə çalışan rəqibi Fərəc Quliyevin namizədliyini ləğv etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru