ABŞ Maduronu dəstəkləyən Rusiyanı təhdid etdi

7-02-2020, 08:40           
ABŞ Maduronu dəstəkləyən Rusiyanı təhdid etdi
ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Venesuela prezidenti Nikolas Maduronu dəstəklədiyinə görə cəzasız qalmayacaq.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, amerikalı diplomat Rusiyanı təhdid edib:

“Bir neçə administrasiya rəsmisinin qeyd etdiyi kimi, ruslar tezliklə Maduroya dəstəyinin artıq cəzasız qalmayacağını biləcəklər. Madurodan faydalanmağa və ya ona dəstək olmağa davam edən digərləri ehtiyatlı olmalıdırlar. Ümumiyyətlə, qarşıdakı həftələrdə Venesuela ilə bağlı ciddi addımların atılacağını görəcəksiniz”.

Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Оbrayen bildirib ki, Rusiya Venesuelaya münasibətdə siyasətini dəyişməsə “Rosneft” şirkəti ilə bağlı tədbirlər görüləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru