Putin Lukaşenko ilə xokkey oynadı

8-02-2020, 00:00           
Putin Lukaşenko ilə xokkey oynadı
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko Qırmızı Polyanadakı “Galaxy” əyləncə mərkəzində xokkey üzrə yoldaşlıq matçında meydançaya çıxıblar.

KONKRET.az xəbər verir ki, bu haqda informasiyanı RİA Novosti agentliyi yayıb.

İki ölkənin liderləri bir komandada oynayıb. Putin ənənəyə görə, 11 nömrə ilə Milli Komanda şəklində çıxış edib.

Aleksandr Lukaşenko isə Belarus bayrağının rənglərində bəzəkli 01 nömrəsi ilə xokkey sviterində çıxıb.

Oyun zamanı Vladimir Putin rəqib komandanın qapısından üç şayba keçirib. Matçda Aleksandr Lukaşenkonun kiçik oğlu Nikolay 31 nömrə ilə oynayıb.

Matçda Putin və Lukaşenkonun komandası 9:2 hesabı ilə qalib gəlib.

İkinci dövr ərzində tribunada Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev görsənib.

Xatırladaq ki, Putin və Lukaşenko 2019-cu ilin fevralında üç gün davam edən danışıqlar zamanı da xokkey oynayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru