Əli Xamenei və SEPAH məhkəməyə verildi

8-02-2020, 04:11           
Əli Xamenei və SEPAH məhkəməyə verildi
Kanadanın bir qrup hüquqşünası Tehranda Ukrayna hava yollarına məxsus “Boeing 737” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar İranı məhkəməyə veriblər.

Bildirilir ki, qəzada həlak olanların qohumları adından irəi sürülən kollektiv iddiada ən azı 1,5 milyard Kanada dolları (1,1 milyard ABŞ dolları) təzminat kompensasiya tələb edirlər.

Cavabdeh qismində İran, ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (“SEPAH”) “Qüds” qanadı çıxış edirlər. İddianın mətnində güman edilir ki, təyyarə qəzası qəsdən və şüurlu terror aktı olub.//Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru