Pelosinin mənim çıxışımın mətnini cırması... - Tramp

8-02-2020, 08:20           
Pelosinin mənim çıxışımın mətnini cırması... - Tramp
Demokratlar mənimlə dil tapmaqda çətinlik çəkir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin onun nitqinin mətnini cırmasından danışan Tramp bunun dəhşətli bir şey olduğunu deyib:

"Əvvəla, bu rəsmi sənəddir və onu cırmağa haqqınız yoxdur. Pelosinin etdiyi qanunsuz idi. Qanunu pozdu".

Qeyd edək ki, Tramp Konqresdə çıxışından öncə çıxışın mətnini Pelosiyə verərkən onun əlini sıxmaqdan imtina etmişdi. Pelosi isə buna cavab olaraq Tramp çıxışını bitirdikdən sonra sözügedən mətni nümayişkaranə şəkildə çırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru