Sərkisyan Azərbaycana satılmasından danışdı

8-02-2020, 10:26           
Sərkisyan Azərbaycana satılmasından danışdı
Armen Sərkisyan Azərbaycan və Türkiyədəki heç bir layihəyə investisiya yatırmayıb.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Prezidenti Armen Sərkisyanın mətbuat xidməti yayıb.

“Prezident Sərkisyan və ailə üzvləri Azərbaycan və Türkiyəyə birbaşa və dolayı yolla heç bir yatırım etməyib. Armen Sərkisyan heç vaxt BP-nin səhmdarı olmayıb", – deyə məlumatda bildirilib.

Qeyd edək ki, bundan öncə Ermənistanın eks-prezidenti Robert Köçəryanın dəstəklədiyi Adekvad Partiyasının nümayəndələri Armen Sərkisyanın ofsinin qarşısında eiraz aksiyası təşkil etmiş və A.Sərkisyanı Azərbaycan və Türkiyəyə investisiya yatırmaqda ittiham etmişdilər. Onların iddiasına görə, Sərkisyan hələ Böyük Britaniya vətəndaşı olarkən bu biznesi qurub və ona görə hazırda Bakının və Ankaranın sifarişlərini icra edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru