Azərbaycanda "Yol sənədi" alan əcnəbilərin sayı açıqlanıb
8-02-2020, 15:16
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən "Yol sənədi" verilən əcnəbilərin sayı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DMX rəisi Vüsal Hüseynov APA-ya açıqlama verib. O bildirib ki, bu il yanvarın 23-dən ölkəmizdə qaçqın statusu əsasında yaşayan əcnəbilərə "Yol sənədi"nin verilməsi təmin edilir: "Ümumilikdə qaçqın kimi Dövlət Miqrasiya Xidməti tərəfindən status verilmiş şəxslərin və onların bütün ailə üzvlərinin bu sənədlə təmin edilməsi nəzərdə tutulub. Xidmətə belə müraciətlərin əsasında hazırda 11 nəfərə "Yol sənədi" verilib".
Xidmət rəisi qeyd edib ki, digər şəxslərin də qısa müddətdə bu sənədlərlə təmin edilməsi istiqamətində iş aparılır.