Qəzzafinin devrilməsində Qurban bayramı amili...

9-02-2020, 09:50           
Qəzzafinin devrilməsində Qurban bayramı amili...
Liviyanın hərbi qiyam nəticəsində 2011-ci ildə devrilərək öldürülən keçmiş lideri Müəmmər Qəzzafi ilə bağlı daha bir diqqət çəkən məlumat yayılıb.

Axar.az xəbər verir ki, bu barədə danışan Liviya Milli Keçid Şurasının keçmiş rəhbəri Mustafa Əbdülcəlil Qəzzafinin Qurban bayramının vaxtını dəyişdirməsinin xalqın küçələrə axışmasında ən əhəmiyyətli hadisə olduğunu bildirib.

"2011-ci ildə etiraz aksiyalarının şiddətli xarakter almasına əsas səbəb Qəzzafinin Qurban bayramının hacıların Ərəfatda olduğu gündən fərqli bir gündə qeyd edilməsi barədə əmr verməsi oldu. Gənclər ləyaqətli həyat üçün nümayiş təşkil etdilər. Qəzzafi onları "siçovullar "adlandırdı və hər yerdə izlənmələrini istədi", - Əbdülcəlil vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru