Səfirdən şok açıqlama - “ABŞ və Rusiya savaş mərhələsində”

9-02-2020, 09:15           
Səfirdən şok açıqlama - “ABŞ və Rusiya savaş mərhələsində”
ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Moskva və Vaşinqton arasındakı münasibətlərin “Soyuq müharibə”nin bitməsindən sonra ən aşağı həddə çatdığını deyib.

Teleqraf.com xəbər verir ki, diplomat ikitərəfli münasibətlərin qaydaya salınmasının vacib olduğunu, əks halda bunun ağır nəticələr doğura biləcəyini bildirib.

Sallivan bu prosesin nə qədər davam edəcəyini bilmədiyini vurğulayıb, ancaq ABŞ-dakı seçkiləri gözləmədən münasibətlərin normallaşdırılmasına elə bu gündən başlamaq lazım olduğunu qeyd edib.

O, həmçinin Moskva və Vaşinqton arasında əsaslı fərqlərin olduğunu əlavə edib. Ancaq diplomatın fikrincə, münasibətləri qaydasına salmaq mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru