Rauf Arifoğlu: "Rəqibim seçkini pozmağa çalışır, amma onun özü də, adamları da qapının çölündə qalacaqlar" - VİDEO

9-02-2020, 10:00           
Rauf Arifoğlu: "Rəqibim seçkini pozmağa çalışır, amma onun özü də, adamları da qapının çölündə qalacaqlar" - VİDEO
35 saylı Xətai üşüncü seçki dairəsində səsvermə prosesi davam edir. Havanın soyuq olmasına baxmayaraq, seçicilər erkən saatlardan başlayaraq, dəstəklədikləri namizədə səs vermək üçün seçki məntəqələrinə gəlməkdədirlər.

Amma seçki məntəqələrində bəzi xoşagəlməz olayların baş verdiyi barədə məlumatlar da mövcuddur.

Belə ki, müşahidəçilərin deputatlığa namizəd Rauf Arifoğlunun seçki qərargahına verdiyi məlumata görə, İqbal Ağazadənin adamları bəzi seçki məntəqələrində səsvermə prosesini pozmağa çalışıblar.

Amma məntəqə seçki komissiyasının üzvləri səsvermə prosesini pozmaq istəyənlərin qarşısını alıblar. Seçkini pozmağa çalışanlar səlahiyyətli şəxslər tərəfindən seçki məntəqəsindən uzaqlaşdırılblar.

İqbal Ağazadənin adamlarının seçki məntəqələrindəki qanunsuz davranışlarına münasibət bildirən Rauf Arifoğlu vurğulayıb ki, seçkini pozmaq istəyənlərin hamısının sonu elə belə olacaq: "Rəqibimin adamları aranı qatıb, seçkini pozmaq istəyirlər! Amma onların hamısının sonu belə olacaq! Rəqibim də, onun adamları da qapının çölündə qalacaqlar".

Musavat.com













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru