MSK sədri ölmüş şəxslərin yerinə səs verilməsi barədə məlumatlara münasibət bildirdi

9-02-2020, 16:40           
MSK sədri ölmüş şəxslərin yerinə səs verilməsi barədə məlumatlara münasibət bildirdi
“Ölmüş şəxslərin yerinə səs verilməsi ilə bağlı faktlar Mərkəzi Seçki Komissiyasına təqdim edilsin”.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, həmin şəxslərin adı MSK-ya təqdim edilməlidir: “Bu adları bizə verin ki, haqlarında ölçü götürək. Biz bilək ki, kim kimin əvəzinə səs verib. Belə pozuntu olubsa, əlbəttə ölçü götürülməlidir. Məndə olan məlumata görə, dünyasını dəyişmiş şəxsə bildiriş göndərilmişdi. Biz onu araşdırdıq. Bu, ümumiyyətlə, qeyri-adi vəziyyət idi". (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru