ABŞ-dan olan müşahidəçi: "Yaradılan şərait, seçicilərin fəallığı və insanların səmimiyyəti bizi məmnun etdi"

9-02-2020, 21:52           
ABŞ-dan olan müşahidəçi: "Yaradılan şərait, seçicilərin fəallığı və insanların səmimiyyəti bizi məmnun etdi"
Philip James
Biz bir çox seçki məntəqələrində olduq. Yaradılan şərait, seçicilərin fəallığı və insanların səmimiyyəti bizi məmnun etdi. Seçkinin gedişində heç bir qayda pozuntusuna yol verilməməsinin şahidi olduq. Əlbəttə ki, seçkilər haqqında ümumi qərar günün sonunda deyiləcək.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri ATƏT-in Amerika Birləşmiş Ştatlarından olan beynəlxalq müşahidəçisi Philip James jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycana ilk dəfədir səfər edir: “Biz böyük bir heyətlə gəlmişik. Əsas məqsədimiz seçkiləri izləmək, müşahidə etmək və sonda ümumi nəticələrə baxış keçirməkdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru