Bişkek protokolunu imzalayanlar Şuşada “seçki” hazırlığına başladı...- FOTOLAR

10-02-2020, 11:34           
Bişkek protokolunu imzalayanlar Şuşada “seçki” hazırlığına başladı...- FOTOLAR
Bizim yeni(!) qurulan Milli(!) Məclis onları vaxtında susdurmasa, yəqin ki, xalq da susmayacaq...
Bizim hökumət qurumları Bakıda "növbəti uğurlu demokratik parlament seçkilərini" dünyaya reklam edərkən düşmənlərimiz də Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə və s., yəni yeni parlamentə səs vermiş məcburi köçkünlərin doğma torpaqlarında növbəti “qanunsuz”, amma faktiki “prezident” və “parlament” seçkilərinə ciddi hazırlıqlarını davam etdirir.

Moderator.az xəbər verir ki, erməni mənbələrinin gecə saatlarında yaydığı məlumata görə, dünən –fevralın 9-da erməni “namizəd”lərin Şuşada toplantısı olub.
Martın 31-də keçiriləcək qanunsuz “seçki”lərdə Qarabağdakı separatçı rejim “prezidentliyi”nə namizəd, hazırkı “xarici işlər” rəhbəri Masis Mailyan rejimin sabiq “müdafiə naziri” Samvel Babayanın partiyasının iclasına qatılıb. "Miasnakan Hayrenik" (“Vahid vətən”) “partiyası”nın toplantısı Şuşada keçirilib. “Partiya” sədri Samvel Babayan namizədlərinin adlarının beş gün ərzində açıqlanacağını bildirib. “Prezidentliyə namizəd” Masis Mailyanın partiyanın daxili toplantısında olması diqqət çəkib. Namizədin özü erməni müxbirin sualını cavablandırarkən iştirakını və S.Babayanla mümkün konsolidasiyasını belə şərh edib:
“Partiya rəhbəri Samvel Babayanın dediklərini eşitdiniz. Danışıqlar davam edir. Mənim iştirakıma gəlincə, dəvət olundum və gəldim... "
Xatırladaq ki, Masis Mailyan və Samvel Babayan 26 il öncə 1994-cü ilin mayında Bişkekdə Qarabağdakı qondarma rejimin də, təəssüf ki, tərəf kimi qatıldığı Azərbaycanla Ermənistan arasındakı məşhur “atəşkəs” razılaşmasını ermənilər tərəfdən imzalayan əsas şəxslər olub. Onların həmin razılaşma zamanı çəkilmiş fotolarını təqdim edirik.

P.S. Azərbaycanın işğal altındakı torpaqlarından hərb gücünə qovdurulmuş və 30 ilə yaxındır deputat mandatı qazananlara( bəzilərinə 4-5 dəfə) səs verən məcburi köçkünlərin də hüquqlarını, yaşam haqlarını müdafiə etməli olan yenidən qurulan Milli Məclisin Vətən və xalq qarşısındakı borclarından biri də dövlət və hpkumət rəhbərliyi ilə bərabər Qarabağda bir gündə iki “seçki” keçirmək istəyən düşmənlərin susdurulması istiqamətində çalışmaqdır. Əgər bunu etməsələr, yəqin ki, xalq da susmayacaq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.