AŞPA müşahidəçiləri: "Səslərin hesablanmasında qanun pozuntuları var"

10-02-2020, 20:33           
AŞPA müşahidəçiləri: "Səslərin hesablanmasında qanun pozuntuları var"
“AŞPA-nın nümayəndəsi olaraq Parlament Assembleyasının 5 qrupunu təmsil edirik”.

Teref.az xəbər verir ki, bunu AŞPA Müşahidə Missiyasının rəhbəri Frank Şvabe deyib.

Şvabe bildirib ki, seçkilərə hazırlıq prosesini qiymətləndiriblər: “Öncə Azərbaycan hökumətinə seçkiləri izləmək üçün bizi dəvət etdiyinə görə təşəkkür edirik. Seçkilərə hazırlıq prosesində müəyyən irəliləyişlərə baxmayaraq, səslərin hesablanmasında yol verilən pozuntular var”.

O vurğulayıb ki, səslərin hesablanması ilə bağlı prosesdə qanun pozuntuları müşahidə edilib: “Mən 30 Saylı Seçki Dairəsində 10 saylı məntəqədə bunu müşahidə etmişəm. Həmkarlarım da bəzi dairələrdə eyni halla üzləşiblər. Avropa Məhkəməsinin qərarlarının təmin olunmaması İlqar Məmmədov və digərlərinin seçkidə iştirakının qarşısını almışdı”.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru