İlqar Məmmədovdan Erkin Qədirli ilə bağlı – Açıqlama

10-02-2020, 22:28           
İlqar Məmmədovdan Erkin Qədirli ilə bağlı – Açıqlama
REAL Partiyasının sədri İlqar Məmmədov Erkin Qədirlinin 16 saylı Yasamal seçki dairəsində qələbə qazanmasına münasibət bildirib.

O, partiya üzvünün halal qələbə qazandığını qeyd edib:

“Real Cümhiriyyətçilər İttifaqında Erkin Qədirli də, başqaları da halal qələbə qazanıblar. Erkin Qədirlidən başqa, digər halal qələbə qazananların haqqı tapdalanıb. Bu vəziyyətə ayrıca qiymət verəcəyik. Erkin Qədirli seçkini düzgün udub. Belə şəraitdə Erkin Qədirlinin haqqının tanınması, digərlərinin tapdalanması məqbul deyil”.

İ.Məmmədov bildirib ki, Erkin Qədirli mandatdan imtina edib-etməməsiylə bağlı qərarı özü verəcək: “Mən onun qərarını deyə bilmərəm. Biz Real Cümhiriyyətçilər İttifaqı olaraq müzakirə aparacağıq. Bizim onunla fikirlərimiz üst-üstə düşə də bilər, düşməyə də”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru