MSK-nın qarşısında keçirilən aksiya dağıdıldı - Deputatlığa namizədlər saxlanıldı
12-02-2020, 00:09
Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında təşkil olunan oturaq aksiya dağıdılıb.
Teref.az-ın xəbərinə görə, Müsavat Partiyasının seçkilərdə səlahiyyətli nümayəndələri Arzulla Buludlu, Əziz Məmiyev, bastainfo saytının baş redaktoru Mustafa Hajibeyli, Müsavat Partiyasından deputatlığa namizəd Elman Quliyev saxlanılıb.
Saxlanılanlar sırasında deputatlığa namizədlər Rəbiyyə Məmmədova, İradə Cavadova, Fərhad Mehdiyev, Turqut Qəmbər və çoxsaylı jurnalistlərin olduğu deyilir.