Parlament seçkilərinə onlar "nöqtə" qoyacaq - ADLAR

12-02-2020, 02:03           
Parlament seçkilərinə onlar "nöqtə" qoyacaq - ADLAR
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə günündən ən geci 20 gün keçənədək Dairə Seçki Komissiyalarının protokollarını yoxlamalıdır.

Teref.az xəbər verir ki, MSK bundan sonra həmin sənədləri 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.

Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi doqquz hakimdən ibarətdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevdir. Sona Salmanova isə Konstitusiya Məhkəməsinin sədr müavinidir.

Digər hakimlər isə aşağıdakılardır: Südabə Həsənova, Mahir Muradov, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov, Kamran Şəfiyev.

Qeyd edək ki, qanunvericiliyə görə, yoxlama prosesi vaxt tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə müvafiq sənədlərə baxılma müddətini artıra bilər.

Dairə Seçki Komissiyalarının protokolları Seçki Məcəlləsinin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir. (oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru