Rusiyadan Xəzərlə bağlı mühüm - Açıqlama

12-02-2020, 02:40           
Rusiyadan Xəzərlə bağlı mühüm - Açıqlama
Xəzərin hüquqi statusuna dair konvensiyanın ratifikasiyasını başa vurmaq üçün indiyədək Azərbaycanda, Qazaxıstanda, Türkmənistanda və Rusiyada müvafiq daxili prosedurlar həyata keçirilib.

Report xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko bildirib.

“İran tərəfinin də qarşıdakı parlament seçkilərindən və Məclisin yeni heyətinin yaradılmasından sonra bu məsələyə yaxından diqqət yetirəcəyini güman edirik”, - deyən A.Rudenko konvensiyanı müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli şərait yaradan bünövrə olaraq səciyyələndirib.

“Məsələn, ötən il iqtisadi sahədə əməkdaşlıq əlaqələri xeyli inkişaf edib. Türkmənistanda Birinci Xəzər İqtisadi Forumu keçirildi, ikincisini gələn il Rusiya keçirmək fikrindədir. Hazırda təhlükəsizlik, nəqliyyat, turizm, elm sahələrində doqquz beştərəfli əməkdaşlıq sazişi hazırlanma mərhələsindədir. Bunların bir qisminin Türkmənistanda keçiriləcək növbəti Xəzər sammitinədək hazır olacağına ümidvarıq”, - deyə rusiyalı nazir müavini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru