Mehriban Sadıqova istefaya göndərildi: Komitə məlumatı təsdiqlədi

12-02-2020, 08:44           
Mehriban Sadıqova istefaya göndərildi: Komitə məlumatı təsdiqlədi
"Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova Rusiyada yaşayan azərbaycanlıların təkidli tələblərindən sonra istefa verib".

Teref.az xəbər verir ki, bu barədə modern.az-a Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri məlumat verib.

Məlumata görə, Mehriban Sadıqova qurumun bu gün çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub.

Belə ki təşkilatın üzvləri tələb ediblər ki, M.Sadıqova istefa verməsə, azərbaycanlılar təşkilatı kütləvi tərk edəcək.

Məlumata görə, Rusiyada, xüsusən Moskvada azərbaycanlıların birləşməsinə mane olduğu bildirilən Mehriban Sadıqovanın istefası uzun müddətdir təşkilat üzvləri tərəfindən tələb edilirdi.

Yeni sədrin seçilməsi üçün bu ilin aprelinə qurultay çağırılıb.

Məsələni dəqiqləşdirmək üçün Modern.az Diasporla iş üzrə Dövlət Komitəsinə müraciət edib. Komitədən məlumatı təsdiqləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru