İlqar Məmmədovdan mitinqlə bağlı AÇIQLAMA

13-02-2020, 00:00           
İlqar Məmmədovdan mitinqlə bağlı AÇIQLAMA
“16 fevral mitinqi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti bu gün bir ilkə imza atdı. Əvvəlcə rədd məktubu gəldi. Üstündən 3-4 saat keçəndən sonra daha bir məktub aldıq ki, mitinqin Lökbatan stadionunda keçirilməsini təklif edirlər. Bu təklifə nə müsbət, nə də mənfi münasibət bu gün bildirməyəcəyik”.



Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyasının sədri İlqar Məmmədov deyib.



“Sabah məktubu imzalamış namizədlər olaraq toplaşacağıq və bir qərar verəcəyik. Bu arada. Haqqı pozulmuş hər namizəd, hər müşahidəçi, hər səlahiyyətli nümayəndə və hər seçici bu dinc, demokratik, konstitusion mitinqin seçki saxtakarlığına etiraz aksiyası olduğu ilə razılaşırsa və ona iştiraka hər kəsi təşviq edirsə, mitinqin təşkilatçısıdır. Yəni bu, hamımızın aksiyasıdır - hansısa tərəfin, qurumun ya da şəxsin mitinqi deyil. Xalq olaraq bir olub tariximizin seçki saxtakarlığı səhifəsini çevirək. Fevralın 16-da bazar günü dinc, demokratik və konstitusion mitinqimiz mütləq olacaq. Saat 15.00-17.00-da” – İ.Məmmədov qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.