Pentaqon: "ABŞ nüvə arsenalını genişləndirməyəcək"

14-02-2020, 05:58           
Pentaqon: "ABŞ nüvə arsenalını genişləndirməyəcək"
ABŞ nüvə arsenalını genişləndirmək niyyətində deyil, Rusiya və Çinlə silah yarışında iştirak etmək istəmir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri cümə axşamı ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri admiral Çarlz Riçard Senatın Silahlı Qüvvələr komitəsində dinləmə zamanı deyib.

Admiraldan Pentaqonun Moskva və Pekindən gücü artırmasına cavab olaraq ABŞ-ın nüvə qüvvələrini genişləndirməsi planları barədəd sual olunub. Riçardın cavabı belə olub: "Xeyr, biz paritet üçün səy göstərmirik".

Onun sözlərinə görə, Moskva son 15 ildə "öz arsenalını genişləndirmək və modernləşdirmək üçün" əhəmiyyətli işlər görüb, Vaşinqton isə onsuz da mövcud olan sistemlərin ömrünü uzadıb: "Etiraf edim ki, “silah yarışına başlamağımız” fikri məni təəccübləndirir. Silah yarışı ideyasının haradan qaynaqlandığını başa düşmürəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru