Zərifdən ABŞ-a mesaj - "Bu, fəlakətə səbəb olacaq"

15-02-2020, 09:03           
Zərifdən ABŞ-a mesaj - "Bu, fəlakətə səbəb olacaq"
İraqda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Qüds qanadının komandiri, general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-la İran müharibənin başlanğıcına çox yaxınlaşmışdı.

Teleqraf.com xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

“Döyüş meydanında Süleymaniyə müqavimət göstərə bilmədilər, buna görə gecənin qaranlığında sülh missiyasını yerinə yetirmək üçün nəzərdə tutulan avtomobildən buraxılan pilotsuz uçuş aparatı (PUA) vasitəsi ilə atəş açdılar. Müharibəyə çox yaxın idik. İran, Süleymaniyə qarşı əməliyyatın keçirildiyi hərbi bazaya hava zərbələri endirdi.

Biz sadəcə olaraq ABŞ-a göstərmək istəyirdik ki, Amerika İranı təqib edilə bilməz və ölkəmizə qarşı hər hansı bir hərəkət cavabsız qalmayacaq. Hesab edirəm ki, ABŞ administrasiyası İranla əlaqəli yanlış təsəvvürlərin və məlumatların nəticələrindən əziyyət çəkir. İnanıram ki, bu fəlakətə səbəb olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.