MSK dörd nəfərin üstündən daha bir "xətt çəkdi"

15-02-2020, 09:25           
MSK dörd nəfərin üstündən daha bir "xətt çəkdi"
Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin dairələr üzrə lider namizədlər siyahısından dörd nəfərin adı çıxarılıb.

"Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, həmin şəxslər Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli və Çingiz Qənizadədir.

Ötən gün onların adı hələ də lider namizədlər siyahısında qalırdı.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar dörd seçki dairəsinin nəticələri etibarsız hesab edilib.

Bunlar 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsidir.

Həmin dairələr üzrə müvafiq olaraq Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli və Çingiz Qənizadə lider namizəd elan olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru