Amerikalı professordan Paşinyana sərt cavab - FOTO

17-02-2020, 10:22           
Amerikalı professordan Paşinyana sərt cavab - FOTO
Amerikalı-İsrailli professor Brenda Şaffer Ermənistanın baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransında “Dağlıq Qarabağ Ermənistandan ayrı bir subyektdir” bəyanatını şərh edib.

“Report” xəbər verir ki, bunu professor öz “Twitter”səhifəsində yazıb.

“Nikol Paşinyan, siz Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağın Ermənistandan ayrı bir subyektdir deyirsiniz. O zaman niyə sizin öz oğlunuz Dağlıq Qarabağda hərbi xidmətə gedib?”, - B.Şaffer bildirib.

Qeyd edək ki, Brenda Şaffer Corctaun Universitetinin professorudur. O, xarici siyasət və energetika siyasəti üzrə mütəxəssisdir. Həmçinin professor Massaçusets Texnologiya İnstitutunda (MIT) nəşr edilmiş “Sərhədlər və qardaşar: İran və azərbaycanlı kimliyinin formalaşması" kitabının müəllifidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru