“Bəziləri elə başa düşür ki, kolxoz geri qayıdır” - deputat

18-12-2015, 20:41           
“Bəziləri elə başa düşür ki, kolxoz geri qayıdır” - deputat
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

AzVision.az- ın məlumatına görə, müzakirələr zamanı şıxış edən Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, Azərbaycanda kimə pay torpağı verilibsə, o, həmin torpaqda ev tikib və digərlərinə problem yaradıb. Onun sözlərinə görə, insanlar onlara verilmiş pay torpaqlarından düzgün istifadə etmirlər:

“Kimə pay torpağı verilibsə, o, həmin torpaqda ev tikib. Onun qonşusu da öz pay torpağını suvara bilmir. Çünki qonşuluqda ev var. Bir sıra yaşlı insanlar, orta məktəbdə işləyən müəlimlər pay torpaqlarından istifadə edə bilmədiyi üçün ucuz qiymətə icarəyə verirlər”.

Millət vəkili bildirib ki, koorperasiyaların yaranması bu problemləri həll edəcək, həmin insanların gəlirlərinin artmasına səbəb olacaq: “Bəziləri elə başa düşür ki, kolxoz, sovxoz geri qayıdır. Amma belə deyil. Qərb ölkələrində də bu tip kooperasiyalar var”.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.