OPEC+ iclasının gündəmə gəlməsi neft qiymətlərini artırıb

2-04-2020, 22:16           
OPEC+ iclasının gündəmə gəlməsi neft qiymətlərini artırıb
Səudiyyə Ərəbistanı hökumətinin neft hasilatını azaltmaqla bağlı yeni razılaşmanı müzakirə etmək üçün OPEC+ formatı çərçivəsində təcili görüş keçirəcəyinin gündəmə gəlməsi neft qiymətlərinin artmasına səbəb olub.

“Report” xəbər verir ki, bu gün Londonun İCE birjasında “Brent” markalı neftin bir bareli 32,73 ABŞ dollarına, yəni əvvəlki hərraca nisbətən 7,99 ABŞ dolları (32,3%) baha satılıb.

Həmçinin Nyu-York Əmtəə Birjasındakı (NYMEX) elektron hərrac zamanı WTI markalı neftin bir bareli 6,63 ABŞ dolları (32,64%) bahalaşaraq 26,94 ABŞ dollarına satılıb.

Bir qədər sonra isə adıçəkilən markalara aid neft müvafiq olaraq 28,9 və 25,27 ABŞ dollarına qədər ucuzlaşıb.

Səudiyyə Ərəbistanı hökuməti neft bazarında tarazlığı bərpa etmək üçün yeni razılaşmaya dair müzakirə aparmaq üçün OPEC+ formatında təcili görüş keçirmək təşəbbüsünü irəli sürüb.

ABŞ prezidenti Donal Tramp da “Twitter”dəki hesabından gündəlik neft hasilatının 15 milyon barel azala biləcəyini yazıb. Halbuki daha əvvəl Səudiyyə Ərəbistanı və Rusiyadan hasilatı 10 milyon barel/gün azaltmağı gözlədiyini açıqlamışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.