Putin Səudiyyə şahzadəsilə danışmayıb - Peskov

3-04-2020, 01:07           
Putin Səudiyyə şahzadəsilə danışmayıb - Peskov
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Twitter hesabında paylaşım edərək, Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatının 10-15 milyon barel azaldılması barədə razılığa gəlmək üzrə olduğunu bildirib. Bundan sonra dünya bazarında Brent neftinin qiyməti kəskin yüksələrək 36 dollara qədər bahalaşıb, lakin sonradan yenidən 29 dollar ətrafında sabitləşib.

Tramp danışıqların Rusiya prezidenti Vladimir Putinlə Səudiyyənin varis şahzadəsi arasında aparıldığını yazsa da, günün sonuna yaxın Kremlin mətbuat katibi Dmitri Peskov Trampın yazdıqlarını təkzib edib. Onun sözlərinə görə, Putinlə Səudiyyə şahzadəsi arasında son vaxtlar hər hansı telefon danışığı olmayıb. Kremlin rəsmi saytındakı məlumatdan aydın olur ki, Putin axırıncı dəfə fevralın əvvəlində Səudiyyənin kralı ilə telefon əlaqəsi saxlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru