ABŞ konqresmenləri Pompeonu Ər-Riyad və Moskvaya təzyiq göstərməyə çağırıb

3-04-2020, 03:15           
ABŞ konqresmenləri Pompeonu Ər-Riyad və Moskvaya təzyiq göstərməyə çağırıb
Amerikalı konqresmenlər ABŞ Dövlət katibi Mayk Pompeonu neft bazarında yaranmış vəziyyətə görə Səudiyyə Ərəbistanı və Rusiyaya təzyiq göstərməyə çağırıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə konqresmenlərin ABŞ Dövlət Departamentinə göndərdiyi sənəddə qeyd olunub.

“Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən həddindən artıq neft istehsalının qarşısını almaq üçün tədbirlər görməyə çağırırıq. ABŞ hökumətinin qətiyyətli hərəkətlərlə cavab verməsi vacibdir”, - deyə məktubda deyilir.

Sənədi ABŞ Nümayəndələr palatasındakı respublikaçıların lideri Kevin Makkarti, həmçinin partiyasının üzvləri Mak Tornberri və Qreq Uolden imzalayıblar: “ABŞ Dövlət Departamentinin bu ölkələrin hərəkətlərinin dünyada iqtisadiyyata lazımsız ziyan vurmaması üçün müvafiq diplomatik təzyiqlərdən istifadə etməsi vacibdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru