ABŞ senatoru ÜST-ün Baş direktorunu "vicdansız" adlandırdı: "İşdən qovulmalıdır"
3-04-2020, 10:32
Çinə koronavirus haqqında məlumatları gizlətməyə kömək edən Tedros Gebreyesus işdən çıxarılmalıdır.
KONKRET.az xəbər verir ki, bunu Arizona ştatından Respublikaçı senator Marta Maksalli söyləyib.
Onun fikrincə, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Çinə koronavirus haqqında məlumatları gizlətməyə kömək edir.
Bu barədə aprelin 3-də “South China Morning Post” qəzeti məlumat yayıb.
“Mən heç vaxt kommunistlərə etimad etmirdim. Onlardan yaranan bu virus Amerikada və dünyada lazımsız ölümlərə səbəb oldu” deyə amerikalı siyasətçi vurğulayıb.
Dediyinə görə, ÜST rəhbəri işdən qovulmağa layiqdir.
“ÜST onun tərəfini saxlamamalıdır. Düşünürəm ki, doktor Tedros istefa verməlidir. Bu problemi həll etmək üçün bəzi tədbirlər görməliyik. Sadəcə məsuliyyətsizdir, vicdansızdır” deyib Maksalli.
Bu həftənin əvvəlində senator Rik Skot Konqresi ÜST-in fəaliyyətini araşdırmağa çağırıb: “Amerika Birləşmiş Ştatları “məlumatların gizlədilməsində kommunist Çinə kömək etdiyi” üçün qurumu maliyyələşdirməkdən çəkinməlidir”.