Nazirdən məhkəmə sədrlərinin və hakimlərinin işinin yoxlanılması ilə bağlı QƏRAR

3-04-2020, 13:04           
Nazirdən məhkəmə sədrlərinin və hakimlərinin işinin yoxlanılması ilə bağlı QƏRAR
“Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiqlənib.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb.

Sözügedən sənəd hakimlərin, o cümlədən məhkəmə sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin fəaliyyətinin təşkili ilə bağlı işinin qiymətləndirilməsi qaydalarını və metodologiyasını müəyyənləşdirir.

Qaydalarda yazılıb ki, Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin, sədrlərin fəaliyyəti beş ildə bir dəfədən az olmayaraq qiymətləndirilir.

Məhkəmə-Hüquq Şurasının bu fəaliyyətinin qiymətləndirilməsi üçün müəyyən olunmuş üzvü həmin hakimin fəaliyyətinin qiymətləndirilməsinə dair daxil olmuş rəyləri, məlumatları öyrənir və onun barəsində yekun rəy hazırlayır.

Qiymətləndirmə materialları Məhkəmə-Hüquq Şurasının iclasında baxılmasına ən geci üç gün qalmış Şura üzvlərinə təqdim edilir.

Hakimin fəaliyyətinin qiymətləndirilməsi üzrə Məhkəmə-Hüquq Şurasının qərarından “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun 18-ci maddəsinə müvafiq olaraq, şikayət verilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru