BMT hesabatı: Liviyaya muzdlu əsgərləri kim göndərib?

17-05-2020, 08:45           
BMT hesabatı: Liviyaya muzdlu əsgərləri kim göndərib?
BMT Təhlükəsizlik Şurasının Liviyaya qarşı Sanksiya Komitəsinin gizli hesabatı mətbuata sızıb.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Hesabatda BƏƏ-yə məxsus iki şirkətin qiyamçı Xəlifə Haftarın Tripolini ələ keçirməsinə dəstək üçün ölkəyə Qərbin muzdlu əsgərlərini göndərdiyi bildirilib.

Adlarının açıqlanmamasını istəyən iki diplomat hesabat barədə danışarkən qeyd edib ki, həmin əsgərlərin “Lancaster 6 DMCC” və “Opus Capital Asset Limited FZE” şirkətləri ilə əlaqəsi olub:

“Həmin şirkətlər də Haftar ordusuna helikopter və PUA-lar göndərib. Əsgərlərin vəzifəsi Liviya hökumətinə göndərilən silah-sursatın helikopter və qayıqlarla qarşısını almaq olub”.

Vurğulanıb ki, muzdlu əsgərlər 2019-cu ilin aprelində Haftara dəstək üçün Liviyaya getsə də, bir neçə gündən sonra gözlənilmədən Maltaya qayıdıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru