Britaniyalı deputatlar yeni immiqrasiya sistemini bəyəndi

19-05-2020, 04:42           
Britaniyalı deputatlar yeni immiqrasiya sistemini bəyəndi
Böyük Britaniya Parlamentinin İcmalar palatası immiqrantların peşə keyfiyyətlərini qiymətləndirmək üzrə yeni sistemin tətbiqini özündə ehtiva edən qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.

“Report” xəbər verir ki, sənəd 351 deputatın dəstəyini alsa da, 252 deputat bu planlara qarşı çıxıb. Layihənin qüvvəyə minməsi üçün Lordlar Palatası tərəfindən də təsdiqlənməlidir.

Mütəxəssislər hesab edir ki, Palatada baş nazir Boris Consonun sədrlik etdiyi Mühafizəkarlar Partiyasının üzvlərinin üstünlük təşkil etməsi qanunun qəbul olunma şansını daha da yüksəldir.


İş vizası üçün müraciət edən şəxsin müsbət cavab alması üçün ərizəçinin ən azı 70 bal toplaması lazımdır. Ən çox bal (hər biri 20 bal) İngiltərədə fəaliyyət göstərən şirkət tərəfindən iş təklifi alana, illik 25,6 min funt sterlinqdən (31 min ABŞ dolları) yüksək əmək haqqı təklif edilənə, krallıqda nadir və lazımlı peşə, elmi və texniki ixtisaslardan birində dərəcəsi olanlara veriləcək.


Daha az bal (hər biri 10) iş axtaranlara veriləcək. Tələbə vizası üçün müraciət edənlərdən ingilis dilini bilməsi, Britaniya universitetində oxumaq üçün ali təhsil müəssisəsi tərəfindən müraciət və təhsil alarkən ölkədə yaşaması üçün lazım olan vəsaitin olması tələb ediləcək və buna görə ona bal veriləcək.

Yeni tələblər kifayət qədər çevikdir. Məsələn: alimlərə iş təklifi olmadan belə İngiltərəyə daxil olmağa imkanı veriləcək. İxtisaslı mütəxəssislər üçün maaş tələbləri hazırkılarla müqayisədə azaldılır (ildə 30 min funt sterlinq).


Viza üçün müraciət edənlərə yaş fərqi qoyulmayacaq. Bu təşəbbüs dünyanın dörd bir yanından yalnız ən parlaq və ən yaxşı işçiləri cəlb etməyə, iqtisadi artımı stimullaşdırmağa və ölkənin potensialını tam reallaşdırmağa imkan verəcək. Rəsmi Londonun fikrincə, AB-də işçi qüvvəsinin 70% -i Britaniyanın iş tələblərinə cavab vermir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.