“Bu, YAP üzvü olaraq məni narahat edir” - Naqif Həmzəyev

19-05-2020, 12:15           
“Bu, YAP üzvü olaraq məni narahat edir” - Naqif Həmzəyev
“Pandemiya dövründə bəzi utancverici hadisələr oldu. Bu da YAP üzvü olaraq məni də narahat edir. Buna görə də məmurların gəlirlərinin deklarasiyasını təklif etmək istəyirəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentdə təklif edib. O qeyd edib ki, bununla bağlı qanun olsa da, bu məsələ hələ də öz həllini tapmayıb: “Bəlkə biz deputatlar ilk bunu edək, başqalarına da nümunə olaq. Xalqımızın vəsaitinə heç bir məmurun haqqı çatıb göz dikməsin. Əgər belə olarsa, hüquq-mühafizə orqanları bu məsələyə daha yaxşı diqqət edər. Düşünürəm ki, onda rüşvətxorluğa qarşı daha yaxşı mübarizə apara bilərik”.

Spiker Sahibə Qafarova deputata cavab olaraq bildirib ki, onlar seçki kampaniyası ərəfəsində gəlirləri ilə bağlı məlumatı aidiyyatı üzrə təqdim ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru