Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür

21-05-2020, 21:30           
Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ ərazisində yaradılan separatçı-terrorçu qurumun yeni seçilən “lideri” Araik Arutyunyan “parlament”in Şuşaya köçürülə biləcəyini deyib.

Axar.az xəbər verir ki, Şuşada keçirilən “andiçmə” mərasimində “dqr”in “prezidenti” qondarma parlamentin növbəti iclasının Şuşada olacağını qeyd edib.

Xatırladaq ki, azərbaycanlıların soyqırımı günündə - 31 martda Qarabağda “seçki” keçirən və Araik Arutyunyanı “prezident” seçən Ermənistan hakimiyyətinin sülh danışıqlarına zərbə vuran növbəti addımı “andiçmə” mərasimini Şuşaya salmasıdır. Bu gün Şuşada baş tutan mərasimə Ermənistan Baş naziri Nikol Paşinyan da qatılıb.

Azərbaycanlıların Şuşaya xüsusi həssaslıqla yanaşdığını bilən erməni terrorçu-separatçılarının bir-birinin ardınca atdığı addımlar sanki sülh danışıqlarında dalana dirəndiklərini göstərir. Mərhələli həlldən qaça bilməyəcəyini anlayan Paşinyan Azərbaycanı provokasiyaya çəkməklə danışıqlardan imtina fürsəti qazanmaq istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru