“Məmmədyarov seçki komissiyasının qadın üzvü kimi hamının üzünə dirənib” - Eldar Namazov

23-05-2020, 11:26           
“Məmmədyarov seçki komissiyasının qadın üzvü kimi hamının üzünə dirənib” - Eldar Namazov
“Paşinyan “Qarabağ Ermənistandı, nöqtə” bəyanatı ilə Minsk Qrupu çərçivəsində aparılan danışıqların başına bir güllə çaxdı”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan Naminə İctima Forumun (ANİF) prezidenti, politoloq Eldar Namazov bildirib.

Politoloq əlavə edib ki, Paşinyan “nöqtə bəyanatı”nadan sonra “Biz heç bir sənəd-zad müzakirə etmirik, torpaqları qaytarmaqdan söhbət belə getmir” bəyanatı ilə danışıqların “fatihəsini oxudu”.

“Və nəhayət, Şuşada süfrə açıb, başına güllə çaxdığı və fatihəsini oxuduğu mərhum danışıqların ehsanını da verdi.

Elmar Məmmədyarov isə, Qazaxda məntəqə seçki komissiyasının qadın üzvü tək, kişi kimi dirənib hamının üzünə ki, o, ölməyib! O, sizin üçün ölüb, bizim üçün ölməyib!”, - deyə Eldar Namazov vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru