Ermənistan Gürcüstandan üzr istədi

24-05-2020, 10:23           
Ermənistan Gürcüstandan üzr istədi
Ermənistanın Səhiyyə Nazirliyi Gürcüstanın səhiyyə sistemi tənqid edildiyinə görə diplomatik kanallar vasitəsilə rəsmi Tbilisidən üzr istəyib.

Teref.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Ermənistanın səhiyyə naziri Arsen Torosyan Gürcüstanı epidemiya əleyhinə tədbirsizlikdə ittiham edərək onun əleyhinə sərt ifadələr işlətmişdi.

Torosyanın sözlərinə görə, Covid-19 əleyhinə mübarizədə Gürcüstanda qəbul edilmiş məhdudiyyətlər Ermənistandakından daha təsirli olsa da, bu pis nəticələrə gətirib çıxardı: ölkədə malların maya dəyəri artdı, milli inflyasiya baş verdi. Bundan başqa, Gürcüstanın epidemiya əleyhinə sistemi və səhiyyəsi pis vəziyyətdədir.

Erməni nazirin sözlərinə görə, metodologiyadakı müxtəliflik, aparılan testlərin sayı epidemioloji sistemə təsir edə bilər.

Qafqazinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru