İrəvan Respublikası Millət Şurasının strukturları yaradıldı

25-05-2020, 11:19           
İrəvan Respublikası Millət Şurasının strukturları yaradıldı
Qərbi Azərbaycan (İrəvan) Respublikası Millət Şurasının Qafar Çaxmaqlının sədrliyi ilə növbəti onlayn konfransı keçirilib.

Ovqat.com Qərbi Azərbaycan (İrəvan) Respublikası Mətbuat, İnformasiya, sosial şəbəkələrlə İş və Təhlil Mərkəzinə istinadən xəbər verir ki, təxminən 40 nəfərin iştirak etdiyi konfransda bölgədə baş verən olaylar, o cümlədən, oyuncaq “Dağlıq Qarabağ Respublikası”nın keçirdiyi “seçkilər” və Şuşa şəhərində “inaqurasiya” hadisəsi hüquqi-siyasi cəhətdən dəyərləndirilmişdir.

Bildirilir ki, Qərbi Azərbaycan (İrəvan) Respublikasının qarşısında duran vəzifələrin müzakirə edildiyi toplantıda təşkilati məsələlərə baxılmışdır.

Məlumata görə, konfrans iştirakçıları Millət Şurasının Katibliyini yaradılmış və tərkibini təsdiq etmişlər. Yeni sədr müavinlərinin seçilməsi ilə bağlı fikir mübadiləsi olmuş, İlham İsmayılov, Aqil Səmədbəyli sədrin müavinləri təyin edilmişlər. Qərbi Azərbaycanla bağlı fəaliyyətdə olan və Millət Şurası tərkibinə daxil olan təşkilat sədrlərinə müşavir statusu verilməsi qərarlaşdırılmışdır.

Konfransda həmçinin Mətbuat, İnformasiya, Sosial Şəbəkələrlə İş və Təhlil Mərkəzi, Qərbi Azərbaycan (İrəvan) Tarixinin Araşdırılması Mərkəzləri təsis edilmiş, tərkibi müəyyənləşdirilmişdir.

Qərbi Azərbaycan (İrəvan) Respublikası internet saytının, TV və başqa informasiya vasitələrinin yaradılması ilə bağlı Millət Şurasının üzvü Şaiq Bayramovun məlumatı dinlənilmişdir. Digər texnoloji məsələrlə bağlı müzakirələr olmuşdur. Yeni strukturların yaradılması ilə əlaqədar təkliflərin növbəti konfransda müzakirə edilməsi qərarlaşdırılmışdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru